Xəbərlər
XOCALIDAN OLAN QAÇQIN UŞAQLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
XOCALIDAN OLAN QAÇQIN UŞAQLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Fevralın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Xocalı faciəsinin ildönümü ilə əlaqədar Bilgəh qəsəbəsində yerləşən “Məslək” Qayğı İctimai Birliyinin bağça-düşərgəsində tədbir keçirmişdir.
Tədbirdə uşaqlar bədii proqramla çıxış etmiş, onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
AQUPDK bu il Bilgəh qəsəbəsində yerləşən “Məslək” Qayğı İB-nin bağça-düşərgəsində Xocalı qaçqın ailələrindən olan 10 uşağın qış istirahətini təşkil etmişdir








