Şüvəlanda uşaqlar üçün rəsm üzrə master-klass təşkil edilib

31 May 2019

Share:

29 may 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Komitənin Şüvəlanda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzində sağlamlıq imkanı məhdud, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün rəsm üzrə master-klass təşkil edilib. Master-klass Forum iştirakçısı və könüllüsü, hazırda ADA Universitetinin tələbəsi olan Cəmalə Naxçıvani, eləcə də, həmin universiteti tələbələri tərəfindən 30-a yaxın uşağın iştirakı ilə keçirilib. Təlim zamanı uşaqlara rəssamlıq sənəti ilə bağlı məlumatlar verilmiş, onların bu sahəyə olan maraqları öyrənilib və malik olduqları biliklərə əsaslanan suallar şagirdləri aktiv iştiraka cəlb edib. Daha sonra uşaqların istəkləri nəzərə alınmaqla, onlar tərəfindən seçilmiş kompozisiya üzrə rəsmlər çəkilmişdir. Eyni zamanda, tədbirdə, Uşaq Problemləri şöbəsinin müdir müavini Reyhan Seyidova və şöbənin böyük məsləhətçisi Günel Nağdəliyeva iştirak edib.