Qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa keçiriləcək

5 December 2019

Share:

Dekabrın 9-u Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Fransa səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbir, dünyada gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində təşkil olunur.

Tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açacaq. Eyni zamanda gender bərabərliyi üzrə Fransa Ali Şurasının sabiq baş katibi Claire Guiraud və "Təmiz Dünya" Qadın təşkilatının rəhbəri Merhiban Zeynalova panellər üzrə çıxış edəcəklər.

Tədbirin davamı olaraq, dekabrın 9-u axşam saat 18:30-dan 20:00-dək fransız rejissoru Fredérique Bedosun "Kişi və qadın" filmi (ingilis və fransız dilində subtitrlərlə) nümayiş olunacaq.

Tədbir saat 11:00-da Landmark otel III, 22-ci mərtəbədə baş tutacaq, filmin nümayişi isə 1-ci mərtəbədə keçiriləcək.