"Narkomaniyaya yox" adlı tədbir keçirilib

12 December 2019

Share:

Dekabrın 12-si Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Xəzər rayonu, 156 saylı tam orta məktəbdə "Narkomaniyaya yox" adlı tədbir keçirilib.  Tədbirdə bu xəstəliyin yaratdığı fəsadlardan, təlükəsi, onun həm də psixi aslılıq olması ətrafında geniş müzakirələr aparılıb. Bu xəstəliyə düçar olmamaq üçün görülməli olan tədbirlər və özünümüdafiə mexanizmləri haqqında uşaqlara tövsiyyələr olunub. Sonda tədbir iştirakçılarına bukletlər paylanıb.