Sabirabad rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

5 March 2020

Share:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

13 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva saat 11:00-da Sabirabad rayonunda  Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.