Dövlət Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edəcək

22 March 2020

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq maaşını tam həcmdə ianə edib.
Komitə sədri bu haqda martın 20-də özünün rəsmi facebook profilində paylaşım edib. İndiki çətin zamanda taleyimizə cavabdeh olmaq və məsuliyyəti bölüşməyin həm vicdan, həm də əsil vətəndaşlıq sınağı olduğunu vurğulayan komitə sədri vətəndaşlara müraciət də edib. "ƏZİZ DOST! Koronavirusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl et! Yaxınlarına və doğmalarına qarşı diqqətli ol! Ətraf mühitə sağlam münasibət bəslə! Dövlət orqanlarının və mərkəzi qərargahın təlimatlarına əməl et! Sənin və ətrafındakıların əhvalına mənfi təsir göstərən insanlara, təlaş yaradan hallara qarşı barışmaz ol! Bu bəla ilə mübarizədə dövlətinə və xalqına dəstək ver! Məlumat ücün bildiririk ki bununla yanaşı, komitənin bütün əməkdaşları da aylıq vəzifə maaşlarının bir hissəsini bu fonda köcürmək haqqında qərar qəbul edərək cənab Prezidentin çağırışına dəstək verdiklərini, vətəndaş birliyi və milli həmrəylik tələb olunan bu çətin sınaq qarşısında Azərbaycan dövlətinin və Xalqının yanında olduqlarını bildirmişlər.
Ümumiyyətlə, Fonda Dövlət Komitəsi tərəfindən 16.000 manat maliyyə vəsaiti köçürüləcək.