Qurban bayramınız mübarək!

30 July 2020

Share:

Əziz həmvətənlər,

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik.

Öz humanizmi və bəşəri ideaları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dininin bu müqəddəs bayramında hər birinizə möhkəm can sağlığı, ailələrinizə firəvanlıq, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayırıq.