Füzuli şəhərinin işğalçılardan azad edilməsi münasibətilə regionlarda tədbirlər keçirilib

17 October 2021

Share:

Füzuli şəhərinin işğalçılardan azad edilməsi münasibətilə regionlarda tədbirlər keçirilib

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Hər birimizin qürur mənbəyi olan Silahlı Qüvvələrimizin şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən şəhər və rayonlarımızın düşmən işğalından azad edildiyi tarixi günlər münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.

Bu baxımdan növbəti tədbir 17 oktyabr – Füzuli şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Bakı şəhərinin Xəzər rayonunda, eləcə də Ağdam, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Sabirabad, Saatlı, Zaqatala rayonlarında yerləşən təhsil müəssisələrində vətənpərvərlik mövzularında maarifləndirmə tədbirləri keçirilib, şəhidlərimizin məzarları ziyarət edilib, Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularımızın ailələrinə səfərlər təşkil olunub.