"Məktəblinin dostu" adlı layihə çərçivəsində növbəti tədbirlər keçirilib

29 November 2022

Share:

27 oktyabr 2022-ci il  72 nömrəli məktəb-liseyində, 29 noyabr 2022-ci il tarixlərdə 252 saylı məktəb-liseydə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Məktəblinin dostu" layihəsi çərçivəsində növbəti tədbirlər keçirilib.

"Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunan maarifləndirici təlim  Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli  “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu” adlı təqdimatla çıxış edərək, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar verib.

Eyni zamanda İştirakçılara ailə dəyərlərini əks etdirən qısametrajlı çarxlar nümayiş etdirilib.Məktəbin müəllim heyəti və şagirdlərin iştirak etdiyi təlim müzakirələrlə davam edib.  
Sonda şagirdlər  mövzulara uyğun ailələrini əks etdirən çəkdikləri rəsmləri, yazdıqları qısa hekayələri təqdim ediblər.