Gənclər və İdman naziri Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşaqla görüşüb

19 October 2017

Share:

19 oktyabr 2017-ci ildə Gənclər və İdman  naziri Azad Rəhimov ilə Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşağın iştirakı ilə görüş keçirilib.

Görüşdə çıxış edən Gənclər və İdman  naziri Azad Rəhimov uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, uşaqların bir çox problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün bu cür forumların keçirilməsini yüksək qiymətləndirib.

Görüş zamanı nazir gənclər siyasəti sahəsində həyata keçirilən layihələr haqqında, son illərdə ölkəmizin idmanda əldə etdiyi nailiyyətlərindən və saglam həyat tərzi barədə geniş məlumat verib və  uşaqları  maraqlandıran sualları cavablandırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, Forum və Foruma uşaqların seçimi barədə məlumat verib, həmçinin Forum nümayəndələrinin aidiyyəti dövlət qurumlarının rəhbərləri ilə görüşlərinin onlar üçün əhəmiyyəti olduğunu vurğulayıb.  

Görüşdə şagirdlərin təklifləri dinlənilib və maraqlı diskussiyalar aparılıb. Sonda nazir Azad Rəhimov uşaqlara Avropa Oyunlarını əks etdirən suvenirlər, hədiyyə təqdim edib.