Beynəlxalq tədbirlər və layihələr
Tvinninq layihəsi
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Litva Respublikası və Avstriya Respublikasının müvafiq qurumları tərəfindən 1 sentyabr 2020-ci il tarixindən başlayaraq “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi həyata keçirilməkdədir.
Layihənin ümumi məqsədi məişət zorakılığı qurbanlarına hüquqi müdafiənin və dəstəyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılaraq gücləndirilməsi, xüsusi məqsədi isə Azərbaycanda məişət zorakılığı qurbanlarına təhlükəsizliyin və dəstəyin təmin olunması məqsədilə dövlət orqanlarında (mərkəzi və yerli) cavab mexanizmlərinin gücləndirilməsidir.
Tvinninq layihəsi 3 əsas istiqaməti əhatə edəcəkdir:
- “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tam tətbiqi üçün səmərəli hüquq siyasətinin hazırlanması
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin institusional imkanlarının gücləndirilməsi
- Geniş ictimaiyyətin məlumatlılığının artırılması üçün kampaniyanın aparılması
Layihənin 31 yanvar 2022-ci il tarixinədək həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin məqsədlərinə nail olunması istiqamətində aşağıdakı fəaliyyətlər həyata keçirilməkdədir:
- Monitorinq qrupunun hüquqi statusunun artırılması
- Məişət zorakılığının kriminallaşdırılması məqsədilə əlverişli hüquqi mühitin təmin edilməsi
- Məişət zorakılığı qurbanları üçün hüquqi və psixoloji yardım mexanizminin hazırlanması
- Cinayətkarlar üçün rehabilitasiya proqramlarının hazırlanması
- Geniş ictimaiyyət üçün maarifləndirmə fəaliyyətləri
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adı altında həyata keçirilən Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 2-ci,3-cü iclası keçirilmişdir. Tədbir iştirakçıları rüblük hesabat və layihənin qarşıdakı dövrünü əhatə edən İş Planı ilə bağlı müzakirələr aparmışlar. Həmçinin, sözügedən layihə çərçivəsində cari il ərzində aşağıda qeyd olunan dəyrimi masa vətəlimlər keçirilmişdir:
- 19 yanvar 2021-ci il tarixində yerli bələdiyyə orqanlarının Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarında təmsil olunması imkanları, bələdiyyələr tərəfindən məişət zorakılığı sahəsində görülən işlər və gələcəkdə bu sahədə iş aparmaq üçün lazımi resurslara malik olması kimi məsələlər müzakirə olunduğu dəyirmi masa;
- 2 fevral 2021-ci il tarixində Cinayət Məcəlləsində və Cinayət Prosessual Məcəlləsində məişət zorakılığının kriminallaşdırılması baxımından mövcud olan boşluqlar və edilməli olan mümkün düzəlişlər müzakirə olunduğu dəyirmi masa,
- 17 mart 2021-ci il tarixində Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə məişət zorakılığının kriminallaşdırılması və məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi baxımından işlənib hazırlanmış təkliflərlərin təqdimatına dair dəyirmi masa;
- 29 mart 2021-ci il tarixində Tvinninq layihəsi çərçivəsində qanunvercilik bazasının və qurumların gücləndirilməsi, inkişaf və təhsilin dəstəklənməsi, zorakılıq qurbanlarına göstərilən xidmətlərin yaxşılaşdırılması, zorakılığı törədən səbəblərin aradan qaldırılması və qadınların səlahiyyətləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
- 17-21 may 2021-ci il tarixlərində Tvinninq layihəsi çərçivəsində Litva və Avstriyadan olan ekspertlər tərəfindən aparılmış təlimlər “Təlimçilərin təlimi” konsepsiyası üzrə təşkil olunmuşdur. Təlimlərdə hüquq mühafizə və prokurorluq orqanlarının, səhiyyə sektoru əməkdaşlarının iştirakı etmişdir. Təlimlərin əsas mövzusu Tvinninq layihəsinin ekspertləri tərəfindən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq işlənib hazırlanmış məişət zorakılığı göstəriciləri və risk qiymətləndirmə meyarları olmuşdur. Bu meyarlar sözügedən qurumlara məişət zorakılığından zərər çəkmiş şəxslərə yardımın göstəriməsi və zərər yetirənlərlə işin aparılması sahəsində görülən tədbirləri strukturlaşdırmağa və prioritetləşdirməyə, eləcə də görülmüş tədbirlər barədə hesabatlılığın və şəffaflığın artırılmasına imkan yaradacaq.
- 21-25 iyun 2021-ci il tarixlərində Tvinninq layihəsi çərçivəsində Litvadan olan ekspertlər tərəfindən, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının” 12.6.1 saylı bəndinə uyğun olaraq məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində birgə təlimlər keçirilmişdir.
“Qadın hüquqları və məişət zorakılığı hallarının milli qanunvercilik və Avropa standartlarına uyğun olaraq həll edilməsi” adı altında təşkil olunan təlimlərdə ölkənin müxtəlif şəhər və rayon məhkəmələrini təmsil edən 70-ə yaxın hakimin iştirak etmişdir.
Təlimlər məişət zorakılığının psixoloji perspektivləri, gender stereotipləri, zərərçəkənin günahlandırması, məişət zorakılığına dair miflər və faktlar, eləcə də məişət zorakılığının risk faktorları, zərərçəkmişin və zərəryetirənin tipik psixoloji xüsusiyyətləri kimi mövzuları əhatə etmişdir.
- 7 iyul 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin İdarəetmə Komitəsinin onlayn formatda 4-cü iclası keçirilmişdir. Layihənin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis layihənin icrası istiqamətində cari ilin mart ayından may ayına qədər görülmüş işlər barədə iclas iştirakçılarını məlumatlandırmış, eləcə də hesabat və layihənin qarşıdakı dövrünü əhatə edən İş Planı ilə bağlı müzakirələr aparılmışdır.
- 10 avqust 2021-ci il tarixində sözügedən Tvinninq layihəsi çərçivəsində ekspertlərlə növbəti görüş keçirilmiş, layihə üzrə bir qrup litvalı ekspertlərin iştirakı ilə məişət zorakılığı mövzusu ətrafında fikir mübadiləsi aparılmışdır.
- 23-27 avqust 2021-ci il tarixlərində Litva Respublikasına tədris səfəri təşkil olunmuşdur. Tədris səfərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin Sabunçu rayonu Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri iştirak etmişdir. Səfərin məqsədi qurumlararası əməkdaşlıq üzrə praktiki təcrübə mübadiləsinin aparılması olmuşdur. Səfər çərçivəsində Tvinninq layihəsi üzrə həyata keçirilən fəaliyyətlər müzakirə olunub, qarşıdakı dövr üçün nəzərdə tutulmuş fəaliyyətlər barədə fikir mübadiləsi aparılmışdır. Daha sonra Azərbaycan nümayəndə heyəti məişət zorakılığı qurbanları üçün 24/7 xidmət göstərən sığınacaq və yardım mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur. Həmçinin, səfər çərçivəsində Qadın Məlumat Mərkəzi, Vilnüs Polis İdarəsi, Vilnüs Şəhər Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzinə və digər əlaqədar müəssisələrə ziyarət olunmuşdur. Bundan əlavə, məişət zorakılığının qarşısının alınması istiqamətində təcrübənin öyrənilməsi məqsədilə polis idarəsi və Vilnüs bələdiyyəsində görüşlər keçirilmişdir. 27 avqust 2021-ci il tarixində səfərin nəticələrinin yekunlaşdırılması məqsədilə Sosial Müdafiə və Əmək Nazirliyində görüş keçirilib və sözügedən sahə üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
- 14 sentyabr 2021-ci il tarixində Tvinninq layihəsi çərçivəsində Bakıda səfərdə olan layihə üzrə bir qrup Litvanı və Avstriyanı təmsil edən ekspertlərlə görüş keçirilmişdir. Görüş zamanı ekspertlərin iştirakı ilə məişət zorakılığı mövzusu ətrafında fikir mübadiləsi aparılıb, Avstriya, Niderland, İtaliya, Çex Respublikası və bir sıra ölkələrin məişət zorakılığı ilə mübarizə sahəsində təcrübəsi bölüşülüb, maarifləndirmə kampaniyaları haqqında məlumat verilmişdir. Bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulmuşdur.
- 14 sentyabr 2021-ci il tarixində Litvanı və Avstriyanı təmsil edən ekspert qrupu ilə Mətbuat Şurasında da görüş keçirilmişdir. Görüş zamanı Mətbuat Şurasının nümayəndələri mətbuatda məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlər üçün təlimatlandırıcı vəsaitlərin və təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı həmçinin layihə çərçivəsində təşkil olunacaq məişət zorakılığı ilə bağlı ictimai məlumatlandırma kampaniyasının və mətbuat nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində Mətbuat Şurasının göstərəcəyi dəstək də müzakirə olunmuşdur.
- 23 sentyabr 2021-ci il tarixində layihə çərçivəsində, Sabunçu və Xəzər rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri və üzvləri, bələdiyyə sədrləri, bələdiyyələrdə gender komissiyalarının sədrləri və rayon İcra Probasiya şöbəsinin əməkdaşları ilə Litva və Avstriyadan olan ekspertlər arasında görüş keçirilmişdir.
Ekspertlər təqdimatla çıxış edərək məişət zorakılığı ilə mübarizə sahəsində Avropa İttifaqı ölkələrinin təcrübələrini bölüşüb, maarifləndirmə kampaniyaları haqqında məlumat vermiş, həmçinin məişət zorakılığına qarşı mübarizə metodları və ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
- 27 sentyabr 2021-ci il tarixində layihə çərçivəsində məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində silsilə təlimlərin keçirilməsinə başlanmışdır. Litva və Avstriyadan olan ekspertlər tərəfindən aparılan təlimlər “Təlimçilərin təlimi” konsepsiyası üzrə təşkil olunur. Təlimlərdə polis əməkdaşları, eləcə də Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri iştirak etmişdir. Təlimlərin əsas mövzusu Tvinninq layihəsinin ekspertləri tərəfinən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq işlənib hazırlanmış məişət zorakılığı göstəriciləri və risk qiymətləndirmə meyarlarıdır.
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Avropa İttifaqının, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində 6-8 oktyabr 2021-ci il tarixlərində Avstriya Respublikasına tədris səfəri təşkil olunmuş, qurumlararası əməkdaşlıq üzrə praktiki təcrübə mübadiləsi aparılmaşdır. Avstriyada məişət zorakılığı ilə mübarizə sahəsində istiqamətləndirmə sahəsi, eləcə də insan alverinin qurbanı olan uşaqlarla bağlı milli istiqamətləndirmə müxanizminə dair təcrübə mübadiləsi aparılmışdır.
Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində 19-22 oktyabr 2021-ci il tarixində media nümayəndələri üçün 4 günlük beynəlxalq təlimin keçirilməsi planlaşdırılır. Avstriya və Litvadan ekspertlərin iştirakı ilə keçiriləcək təlimlərin Bakı Dövlət Universitetində təşkil olunması, jurnalistlərin Medianın İnkişafı Agentliyi tərəfindən dəvət edilməsi nəzərdə tutulur.
Məişət zorakılığı qurbanlarına dəstək xidmətləri üçün minimum standartlar (beynəlxalq təcrübə)
Məişət zorakılığı qurbanlarına dəstək xidmətləri üçün minimum standartlar
Mətbuat nümayəndələri üçün məişət zorakılığı sahəsində maarifləndi...
Məişət zorakılığının aradan qaldırılmasına dair təlim vəsaiti_ cəmiyyə...
Məlumatların toplanması və məişət zorakılığı. Metodologiya. Faydalar və çətinliklər
Məişət zorakılığı göstəriciləri, istiqamətləndirmə qaydaları və risk qiymətləndirmə alətləri