“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiq edilməsi haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 09 iyul tarixli, 49-4 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 dekabr 2020-ci il tarixli 57-4 nömrəli Qərarı
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı işçi qrupun yaradılması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 28 dekabr 2020-ci il tarixli, 57-3 nömrəli Qərarı
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Millli Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qrupların yaradılması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 28 dekabr 2020-ci il tarixli, 57-2 nömrəli Qərarı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı və 2021-ci ilin ilk 6 ayı üçün nəzərdə tutulmuş İş Planının təsdiq edilməsi barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 28 dekabr 2020-ci il tarixli, 57-1 nömrəli Qərarı
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ilin birinci yarımilliyi üçün İş Planının icra vəziyyəti barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 07 avqust 2020-ci il tarixli Qərarı
“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər və hazırlanan mühüm sənədlər haqqında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 07 avqust 2020-ci il tarixli Qərarı
“Ailə və uşaq məsələləri sahəsində həyata keçirilən tədbirlər və hazırlanmış sənədlər haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 07 avqust 2020-ci il tarixli Qərarı
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiq edilməsi haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 09 iyul tarixli, 49-4 nömrəli Qərarında dəyişiklik edilməsi barəd 07 avqust 2020-ci il tarixli Qərarı
14.03.2017
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 90
Bakı şəhəri, 14 mart 2017-ci il
"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 16-cı hissəsinə əsasən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1."Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1152; 2007, № 6, maddə 702; 2010, № 5, maddə 472; 2012, № 4, maddə 390; 2016, № 5, maddə 966 ) 1-ci hissəsinin "Kollegiyanın üzvləri" bölməsində "İbrahimov Oqtay Vahib oğlu - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri" sözləri "Rəhmətullayeva Ceyran Arif qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri" sözləri ilə və "Rəhmətullayeva Ceyran Arif qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının regional mərkəzlərlə iş şöbəsinin müdiri" sözləri "Həsənov Zöhrab Məhyəddin oğlu - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının regional mərkəzlərlə iş şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə