Tərkib
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 19 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya keçirilən seçkinin yekunu olaraq 11 nəfərdən ibarət yeni tərkibi seçilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibi
Şuranın sədri:
1.Sahib Məmmədov - “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”
Şuranın üzvləri:
2. Kəmalə Aşumova - Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi
3. Mehriban Zeynalova - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
4. Fariz Əkbərov - “Azərbaycan Uşaqları” İctimai Birliyi
5. Nailə İsmayılova - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
6. Vəfa Abbasova - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
7. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondu
8. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
9. Fəridə Vəliyeva - “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi
10. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
11. Elnarə Məhərrəmova - “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi seçildi