Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbir

28 fevral 2018

Paylaş:

        Fevralın 23-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində Mərkəz xidmətlərindən bəhrələnən uşaqların iştirakı ilə Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ADR ilə bağlı film nümayiş olunmuşdur. Təqdim olunmuş filmdə Azərbaycan Demokratik Respublikasının yaranma tarixi, şərqdə, müsəlman və türk dünyasında ilk demokratik respublika kimi fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə kadrlar öz əksini tapmışdır.