Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Gürcüstanda BMT-nin Qadınlar nümayəndəsi xanım Erika Kvapilovanın görüşü keçiriləcək.

1 mart 2018

Paylaş:

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir. “Cənubi Qafqazda qadınların iqtisadiyyatda səlahiyyətlərinin gücləndirilməsi” layihəsi üzrə əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə 2 mart 2018-ci il tarixində, saat 18:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Qadınlar nümayəndəsi xanım Erika Kvapilovanın görüşü keçiriləcək.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Gürcüstanda BMT-nin Qadınlar nümayəndəsi xanım Erika Kvapilovadan başqa BMT-nin Qadın məsləhətçisi xanım Nato Alxazişvili və başqalarının iştirakı nəzərdə tutulmuşdur.

Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələrdə effektivliyin artırılması məqsədi ilə müzakirələr aparılacaq.

Görüş mətbuat üçün qapalıdır.