“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda tədbir Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində keçiriləcək

12 mart 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin ilə birgə Təhsil nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması sahəsində gənc qızların maarifləndirilməsi məqsədi ilə növbəti tədbirin 13 mart 2018-ci il tarixində saat 11:00-da Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində Komitə əməkdaşlarının və  ekspert qismində Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilməsi  nəzərdə tutulur.

Layihə çərçivəsində keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkogolizm, siqaret), QİCS-ə qarşı mübarizənən gücləndirilməsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması (uşaqların ana südü ilə qidalandırılması), talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə məlumatlandırma mövzular ətrafında müzakirələr aparılacaqdır.