8 Mart “Beynəlxalq Qadınlar Günü”

12 mart 2018

Paylaş:

8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dətək Mərkəzləri “Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” adlı tədbir təşkil etmişlər. 6 mart tarixində Göygöl və Saatlı, 7 mart tarixində Sabirabad, Zərdab və Ağdam rayonlarında baş tutan tədbirdə icmadan olan fəal qadınlar iştirak etmişdir. Tədbirlərdə qadınlar keçdikləri maraqlı uğur yolları barədə danışmış, ölkənin inkişafında, ailə institunun formalaşmasında qadının ictimai, iqtisadi və sosial fəallığının rolunun danılmaz olduğunu qeyd etmişdirlər.

Tədbirin sonunda qadınlara hədiyyələr təqdim edilmişdir.