“Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması naminə sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində keçiriləcəkdir

16 mart 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Təhsil nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə növbəti tədbirin 16 mart 2018-ci il tarixində saat 11:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində Komitə əməkdaşlarının və  ekspert qismində Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilməsi  nəzərdə tutulur.

Layihə çərçivəsində keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkogolizm, siqaret), QİCS-ə qarşı mübarizənən gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barəsində məlumatlandırma mövzuları ətrafında müzakirələr aparılacaqdır.