“Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!”

5 aprel 2018

Paylaş:

      Aprelin 3-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi Sabirabad rayon N. Gəncəvi adına 5 saylı tam orta məktəbdə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar vətənpərvərlik mövzusunda tədbir keçirmişdir. Tədbirin keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsi və Aprel döyüşləri misalında Azərbaycan ordusunun qüdrətini göstərmək idi. Tədbirdə şəhidlik zirvəsinə ucalmış igid övladlar barədə söhbət açılmış və mövzuya dair film nümayiş olunmuşdur.