Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın final oyunu keçirilmişdir

24 aprel 2018

Paylaş:

28 aprel 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “QƏLƏBƏYƏ DOĞRU” uşaqlar arasında intellektual oyunun final mərhələsi keçirildi. Oyunun keçirilməsində məqsəd uşaqlara öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaq, ölkəmiz, onun tarixi və mədəniyyətini daha da dərindən öyrənmək, eləcə də, vətənimizin inkişafı üçün böyük xidmətləri olan alimlərimizi, ziyalılarımızı, elm xadimlərimizi tanıtmaqdır. Kubok uğrunda mübarizə ötən illərdən fərqli olaraq Azərbaycanın bütün şəhər və rayonlarını əhatə etməklə deyil, məhz, qəsəbə və kəndlərimizdə yaşayan uşaqların elm və təhsilə maraqlarını daha da artırılmaq, bu istiqamətdə onları stimullaşdırmaq, motivasiya etmək etmək məqsədilə Abşeron, Sumqayıt, eləcə də, Bakı şəhərinin qəsəbə və kəndlərini əhatə etməklə təşkil olundu və bölgələrdə regional seçim turları keçirildi. Seçim turlarında öz bilikləri ilə fərqlənən komandalar final mərhələsində iştirak hüququ əldə etdilər. “Qələbəyə doğru“ kuboku uğrunda ümumilikdə 9 kənd və qəsəbəni təmsil edən komandalar mübarizə apardılar. Tədbir zamanı Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş "Nur dolu ömür" adlı film nümayiş olundu. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Millət vəkili, Millət vəkili, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Teleradio Şurasının sədr müavini Sona Vəliyevaya, Millət vəkili Məlahət İbrahimqızı və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tibb elmləri doktoru, professor, şair Paşa Qəlbinur Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, yüksək insani keyfiyyətlərindən bəhs etdilər.Daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb.Mükafatlandırma mərasimində 1, 2 və 3-cü yerlərin qalibləri olan Sabunçu, Binəqədi və Xəzər rayonlarının komandalarına diplom və hədiyyələr təqdim olunub. 1-ci yerin qalibi olmuş komandaya "Qələbəyə doğru" intellektual oyunun ənənəvi kuboku təqdim olunub