Portuqaliya Respublikasında təlim keçirilib

25 sentyabr 2015

Paylaş:

21-25 sentyabr 2015-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları (Cəmilə Bağırova, Cəyran Rəhmətullayeva və Raidə Əmirbəyova) Portuqaliya Respublikasında təşkil olunmuş təlim səfərdə iştirak ediblər.Təlimin əsas istiqaməti “Ailələrdə məişət zorakılığından uşaqların qorunması” mövzusuna həsr edilib. Təlim Portuqaliya Respublikasının Guarda Nasional Repablikana ( Milli Gvardiya) təşkilatının dəstəyi ilə həyata keçirilib. Təlim zamanı Azərbaycandan olan ekspertlər Lissabon və Amadorada yerləşən  bir sıra uşaq evlərinə və mərkəzlərinə səfər ediblər. Təlim çərçivəsində Portuqaliyalı və azərbaycanlı ekspertləri bu sahədə olan öz təcrübələrini paylaşıblar. Səfər çərçivəsində Azərbaycanın bu sahədə uğurlu siyasətini əks etdirən təqdimat nümayiş olunub.