15 May Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir

16 may 2018

Paylaş:

15 May Birləşmiş Millətlər təşkilatının qərarı ilə b ütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.

Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli – mənəvi dəyərlərin təcəssümü,daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə  hər zaman müqəddəs sayılıb bə bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətinxüsusi himayəsindədir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqəıt mərkəzində saxlamış,ailə meyarlarına onun öz münasibəti,öz yanaşması olmuş, milli – mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim önəm vermişdir. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir, bu siyasət sağlam və intelektual nəslin formalaşmasına xidmət edir.

Artıq 10 ildir ki, 15 may Ailə günü kimi bayram əhval-ruhiyyəsində qeyd edilir. Hər il olduğu kimi bu il də Zaqatalada bu bayram xüsusilə qeyd edilir. RİH-nin və Zaqatala Uşaq və Ailələreə dəstək mərkəzinin birgə təşkilatçılığı ilə bu il bu bayram Heydər Əliyev mərkəzində qeyd olundu. Tədbirdə idarə və təşkilat rəhbərləri ,gənc ailələr və 57 il birgə ömür sürmüş nümunəvi ailə məmmədovlar ailəsi dəvət olunmuşdular.

Məmmədov Ramazan Məmməd oğlu 1936 – cı ildə Zaqatala rayon Yuxarı Tala kəndində anadan olmuşdur.

Məmmədova Asiya Ibrahimxəlil qızı 1946 – cı ildə anadan olmuşdur.

1961 il 9 aprel tarixində ailə həyatı qurmuşlar. Onlar 57 ildir ki,birgə yaşayırlar.Ramazan dayının 4 övladı (2 qız,2 oğlu), 10 nəvəsi, 4 nəticəsi var.

Məmmədov Ramazan Yuxarı Tala kənd Sabir adına kolxozda baş mexanik işləmişdir.

Məmmədova Asiya isə kolxozda kolxozçu işləmişdir.