Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi

31 may 2018

Paylaş:

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi mayın 24-də rayon 1 saylı liseyin şagirdlərinin rayonda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyasını təşkil etmişdir. Ekskursiya zamanı uşaqlara şərqin ilk demokratik respublikası olan ADR-in yaranması barədə məlumat verilmişdir. Tədbir uşaqların vətənpərvərlik mövzusunda şer kompazisiyaları ilə sonlandırılmışdır.