Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Aqressiyaya məruz qalmış uşaqlar gününə həsr olunmuş tədbir keçirmişdir

6 iyun 2018

Paylaş:

Iyunun 5-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Aqressiyaya məruz qalmış uşaqlar  gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə risk qrupundan olan ailələr və uşaqlar iştirak edirdilər. Tədbir zamanı aqressiya, zorakılıq, aqressiyadan qorunma yolları haqqında uşaqlara məlumat verildi, uşaqlarla interaktiv  şəkildə sual -cavab aparıldı. Tədbirdə uşaqlar və valideynlərlə "Kaktus" psixoloji  testi keçirildi, daha sonra testin nəticələri valıdeynlərlə birgə müzakirə olundu.