“Uşaq Qaynar Xətti” artıq Göygöldədir

13 iyun 2018

Paylaş:

2018-ci ilin mart ayından etibarən qismən fəaliyyət göstərən Göygöl Regional Uşaq Qaynar Xətt xidməti iyunun 13-dən başlayaraq rəsmi şəkildə işinə başladı. Göygöl ofisi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Azercell şirkətinin dəstəyi ilə yaradılıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonların (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) əhatə edilməsini də nəzərdə tutur.

Göygöl Regional Uşaq Qaynar Xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən Qaynar Xəttin iş prinsipləri, Telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilmişdir.

Xidmət 24 saat ərzində aktiv fəaliyyətini davam etdirir.

Qaynar Xəttin Göygöl Regional Xidmətinin əlaqə telefonu 051 580 22 80-dir.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşlığı və Azercell Telekom-un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan Uşaq Qaynar Xətt xidməti yaradılmışdır.