Fransanın www.agoravox.fr internet səhifəsinin redaktoru ilə görüş keçirildi

4 iyul 2018

Paylaş:

4 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Fransanın www.agoravox.fr internet səhifəsinin redaktoru cənab Alain Roumestand ilə görüşü keçirilib.

Dövlət Komitəsinin sədri Komitənin fəaliyyəti istiqamətləri, qadın və uşaq hüquqlarının müdafəsi istiqamətində görülən işlər barədə məlumatları diqqətə çatdırıb. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində güclü qanunvericilik bazasının olması və bu sahədə əldə olunan nailiyyətləri qeyd edib. 

Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.