İnsan alverinə qarşı mübarizə istiqamətində təlimlər keçirilmişdir

9 iyul 2018

Paylaş:

Komitə tərəfindən 12-14 iyun tarixlərində Göygöl rayonu Üçtəpə kəndi, Xəqani kəndi və Yeni Qızılça kəndində məktəb müəllimləri, yuxarı sinif şagirdləri və valideynlərin iştirakı ilə İnsan alverinə qarşı mübarizə istiqamətində təlimlər keçirilmişdir. Uşaqlar üçün keçirilən təlimdə onlara insan alverinin qurbanı olmamaq üçün təhlükə mənbələri, özünü müdafiə, yardım istəməklə bağlı maarifləndirici məsləhətlər verilmişdir. Müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən təlimdə isə insan alverinin növləri, təhlükə olduğu zaman atılmalı addımlar və müraciət olunmalı orqanlar barədə məlumat verilmişdir.

Təlimlərdən ümumilikdə 200 nəfərdən çox insan bəhrələnmişdir.