“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir

9 iyul 2018

Paylaş:

         Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Ailə, Qadın ə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri silsilə tədbirlər həyata keçirir.

         Iyunun 5-ə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirmişdir. Tədbirdə iştirakçılara mövzu haqqında ətraflı məlumat verilmiş və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışılmışdır.

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi iyunun 5-də rayonun Mədəniyyət Mərkəzində  bir qrup qızların iştirakı ilə “Hüququmuzu bilək ki, erkən nikahlara yox deyək ” adlı maarifləndirici tədbir keçirmişdir.  Tədbirdə mövzuya aid video çarx nümayiş etdirilmiş, iştirakçılara  “Qadın hüquqları üzrə bələdçi” kitabı təqdim edilmişdir. Tədbirdə qeyd edilmişdir ki,  “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən 18 yaşına çatmayan şəxslər  uşaq hesab edilir. Belə olan halda uşaqların ailə qurmağa məcbur edilməsi insan hüquqlarının pozulması hesab olunur. Yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, öz fikirlərini ifadə etmək hüquqları vardır. 

     Iyunun 7-də Hacıqabul Uşaq və Ailələrə Dəstəki Mərkəzi tərəfindən rayonun 8 saylı məktəbin müəllim və sagird heyyətinin iştirakı ilə “Hüququnu bil və İnsan alverinin qurbanı olma”  mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış edənlər iştirakçılara  bu sahədəki mövcud qanunvericilik sahəsəsində məlumat vermiş, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.

         Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ay ərzində “Öz hüquqlarımı müdafiə edə bilirəmmi?”- mövzusunda köçkün qəsəbələrdə risk qrupundan olan otuz nəfərlə sorğu aparmışdır.