Gəncə şəhərində gənc qızlar və qadınların sosial iştirakçılığını gücləndirmək məqsədilə tədbir keçiriləcək

23 dekabr 2016

Paylaş:

21 dekabr 2016-cı il tarixdə, saat 15:00-da Gəncə şəhərinin Məshəti Mərkəzində gənc qızlar və qadınlar arasında onların sosial iştirakçılığını gücləndirmək mövzusunda tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə gənc qızlar, universitet tələbələri, fəal qadınlar iştirak edəcəkdirlər. Tədbirdə gender bərabərliyinə həssas yanaşma,  gənc qızların və qadınların inkişafı, qadın hüquqlarının təmin olunması sahəsində mövcud problemlər müzakirə olunacaq.