“Valideyn qayğısı – uşaqların təhlükəsizliyi”

24 iyul 2018

Paylaş:

Uşaqları gündəlik həyatda düzgün məişət davranışına öyrətmək hələ erkən yaşından vacibdir. Müvafiq qurumların  mütəxəsislərinin  və valideyinlərin əsas məqsədi uşaqlarda məişət tərbiyəsini formalaşdırmaqdır. Uşaqların məişətdə düzgün davranış bacarıqlarına malik olması təbii və texnogen mənşəli  hadisələrin daha az olmasına gətirib çıxarar. Yol - nəqliyyat hadisələri zamanı valideyn məsuliyyətsizliyi səbəbindən baş verən bədbəxt hadisələrin qarşısının alınması da vacibdir.

Son zamanlar kütləvi informasiya vasitələrində valideyn diqqətsizliyi və məsuliyyətsizliyi ilə əlaqədar baş verən hadisələrlə bağlı informasiyalar yayılır. Valideyinlər daim öz uşaqlarına qarşı məsuliyyətli və qayğılı olmalıdırlar. Əks təqdirdə, uşaqların itkin düşməsi, bədbəxt hadisələr nəticəsində həyatlarını itirməsi və digər xoşagəlməz hadisələr yaşanır.

Bu səbəbdən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məlumat xarakterli yazı hazırlanmışdır.

Uşaqları nəzarətsiz qoymaq məsələsinə Azərbaycan Respublikasında Qanunla nəzarət edilir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

Maddə 17. Ailə, uşaqlar və dövlət

Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ

XƏTALAR MƏCƏLLƏSİ

Maddə 157. Döymə

Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması

158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə-

yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 189. Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi

189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə –

xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

189.3. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda –

altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

189.4. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinəvə ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda-

altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 512. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti

On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə -

valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

AZƏRBAYCAN RESPUBLİKASININ

CİNAYƏT MƏCƏLLƏSİ

 

Maddə 143Təhlükədə qoyma

Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—

min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 170Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə

170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 171Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə

 

171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Eyni əməllər: yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə  

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

 Maddə 176-1Qadını nikaha daxil olmağa məcbur etmə

176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə -

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Tədimat “Valideyn qayğısı – uşaqların təhlükəsizliyi”