Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının nümayəndə heyəti Bakıda rəsmi səfərdədir

24 iyul 2018

Paylaş:

Rusiya Federasiyasının Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasnın nümayəndə heyəti 25-29 iyul tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət qurumları və özəl  təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

İyulun 26-da “İşgüzar Qadınlar” Assosiyasiyasının nümayəndə heyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü keçiriləcək. Növbəti gün – iyulun 27-i tarixində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq "mövzusunda dəyirmi masa təşkil ediləcək. Tədbir çərçivəsində bir sıra sahibkarlıq obyektlərinə baxış keçiriləcək.