Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqların asudə vaxtını səmərəli təşkil etmək məqsədilə tədbirlər keçirir

25 iyul 2018

Paylaş:

            Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqların asudə vaxtını səmərəli təşkil etmək məqsədilə tədbirlər keçirir. Beləki iyulun 18-də aztəminatlı ailələrdən olan 25 nəfər uşağın Zirədə yerləşən EKO park ekskursiyasını təşkil etmişdir. Burada uşaqlara xalçaçılıq və rəsm əsərləri göstərilmişdir. İyulun 20-də isə  Qala Dövlət Tarixi-Etnoqrafik Qoruğuna ekskursiya təşkil olundu. Gəzinti zamanı uşaqlar muzeydəki tarixi eksponatlar, qoruğun ərazisində olan maraqlı yerlər ilə tanış oldular. Qala kəndinin tarixən insanların qədim yaşayış məskəni olduğu barədə uşaqlara ətraflı məlumat verildi.