Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə konfrans keçiriləcəkdir.

27 avqust 2018

Paylaş:

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 28 avqust 2018-ci il tarixində, saat 11:00-da “Monolit Plaza” otelinin konfrans zalında “Mənəvi dəyərlərin təbliği mərkəzi: azərbaycan ailəsi” mövzusunda  konfrans keçiriləcəkdir.

Konfransda  islamda ailəyə və qadına münasibət, ailənin psixoloji iqliminə təsir edən amillər, dünyada baş verən qloballaşma prosesin ailə institutuna təsiri, ailə münasibətlərin hüquqi  tənzimi kimi mövzular müzakirə olunacaqdır.

Ünvan: Bakı, M.Müşviq küçəsi 2a. Təşkilat Komitəsinin əlaqə telefonu: (012) 493-79-62.

Kütləvi informasiya vasitələri əməkdaşlığa dvət edirik.