Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailələrin qurulması və qorunması, ailə dəyərləri” adlı maarifləndirici tədbir keçirilmişdir.

5 sentyabr 2018

Paylaş:

Sentyabrın 5-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Ailələrin qurulması və qorunması, ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbir iştirakçılarına ailənin düzgün təməl üzərində qurulmasının vacibliyi, onun sağlam və uzun ömürlü  olmasının sirri barədə məlumat verilmişdir. Tədbirdə həmçinin, qeyd edilmişdir ki, xöşbəxt  ailənin şərtlərindən biri də kişi və qadının həyata baxışlarının eyni olması, mədəni səviyyələrinin bir-birini tamamlaması ilə yanaşı, tərəflər arasında məsuliyyət və sayğının olması da vacibdir. Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilmiş, mövcud ailə problemlərinin həlli yolları müzakirə edilmişdir.