21 sentyabr - “Beynəlxalq Sülh Günü” münasibətilə “Uşaq hüquqları” mövzusunda təlim keçirilib

21 sentyabr 2018

Paylaş:

      

21 sentyabr - “Beynəlxalq Sülh Günü” münasibətilə 21 sentyabr  2018-ci il tarixində Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində təhsil alan 8-ci və 9-cu sinif şagirdləri üçün Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun Əlaqələndirmə Şurasının üzvləri tərəfindən “Uşaq hüquqları” mövzusunda təlim keçirilmişdir. Təlimin keçirilməsində əsas məqsəd təlimçi olaraq hazırlanmış uşaqlar tərəfindən bu gün onlar üçün aktual hesab edilən, onları maraqlandıran mövzuların müzakirəsi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də, uşaq iştirakçılığının təmin olunmasıdır. Təlimçi qismində IV Ümumrespublika Forumunun Əlaqələndirmə Şurasının üzvləri olan Çingiz Qarayev və Nuray Əlizadə  çıxış etmişdirlər.