Abşeron rayonu Fatmayı kənd tam orta məktəbdə keçirilən 11 oktyabr Qızlar Gününə həsr olunan tədbir haqqında

11 oktyabr 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə 11 oktyabr  2018-ci il tarixində saat 11.00-da Abşeron rayonu Fatmayı kənd tam orta  məktəbdə Beynəlxalq Qızlar Gununə həsr olunmuş tədbir həyata keçirmişdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Səbail rayon Təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova,  YAP Abşeron rayon Təşkilatı Qadınlar Şurasının sədri Təyyübə Hüseynova, Fatmayi həkim məntəqəsinin müdiri və ailə həkimi Sücaət Zeynalova, məktəbin direktoru Nuru Nadirov çıxış etmişdir.

Tədbirdə iştirakçılara qızların təhsildən yayınma halları, reproduktiv sağlamlıq, erkən nikah və onun fəsadları haqqında  məlumat verilmişdir və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda Abşeron rayonu Fatmayı kənd tam orta  məktəbin şagirdlərinin ifasında erkən nikah, uşaq hüquqları mövzusunda səhnəcik təqdim olunmuşdur.