Mətbuat üçün açıqlama

14 noyabr 2018

Paylaş:

Məlum olduğu kimi, bütün dünyada 12-18 noyabr tarixlərində sahibkarlığın inkişafı həftəsi kimi qeyd olunur. Bu təşəbbüsə dəstək vermək məqsədi ilə 15 noyabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr olunmuş “Üfüqdə yeni fürsətlər:qadın sahibkarlara yaşıl işıq!” adlı ilk konfrans  keçirəcəkdir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub.

“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” adlı ilk konfransının həyata keçirilməsində əsas məqsəd qadın  sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər dövlət rəsmilərinin çıxışları nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan “Göz nuru, əl əməyi” adlı sərgi təşkil olunacaqdır.