Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim

16 noyabr 2018

Paylaş:

Noyabrın 15-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayonunda yerləşən 123 saylı tam orta məktəbdə 30 şagirdin iştirakı ilə Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirmişdir.  Təlimdə uşaqlara məişət zorakılığının növləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilmişdir.  Iştirakçıların aktivliyi ilə baş tutan təlimdə onlara mövzuya uyğun maarifləndirmə materialları təqdim edilmişdir.