Tərbiyə Müəssisəsində olan uşaqların Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun bir qrup iştirakçıları ilə görüşü keçirildi

30 noyabr 2018

Paylaş:

      Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə onlara hüquq və vəzifələri ilə bağlı biliklərin öyrədilməsi, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində mütəmadi olaraq tədbirlər keçirir.

       Növbəti tədbir olaraq, 30 noyabr 2018-ci il tarixində Tərbiyə Müəssisəsində olan uşaqların Azərbaycan Uşaqlarının IV Ümumrespublika  Forumunun bir qrup iştirakçıları ilə görüşü keçirilibr. Tədbir çərçivəsində Tərbiyə Müəssisəsində olan uşaqlar üçün    Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu  barədə məlumat verilib və video rolik nümayiş olunub. Daha sonra uşaqlar arasında intellektual oyun keçirilib, oyunun sonunda qalib gələn komandaya  hədiyyələr təqdim olunub.

       Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin şöbənin əməkdaşları iştirak edib