“Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar üçün yazı müsabiqəsi

20 dekabr 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin, erməni vəhşiliyinin, işğal zamanı həlak olmuş, qətlə yetrilmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla bağlı “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında yazı müsabiqəsi elan edir.

            Müsabiqədə iştirak etmək istəyən uşaqlar 1 fevral 2019-ci il tarixinə qədər yazılarını, eləcə də, özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, yaş, əlaqə telefonları, təhsil aldığı müəssisə, rayon/şəhər) ushaq.problemleri@mail.ru elektron ünvanına göndərə bilərlər.

            Müsabiqəyə təqdim olunacaq yazının mətni 2 A4 səhifədən çox olmamaqla, Arial - 14 şrifti və 1,5 intervalla çap edilməlidir.

Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.

Əlaqə nömrəsi:

598-27-12 

493-78-16
050 235-34-11