Cocuq Mərcanlıda kənd icması ilə “açıq qapı” günü keçiriləcək

24 dekabr 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 26-da  saat 12:00-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd icması üçün  tədbir keçirilməsi planlaşdırır.

Tədbir iştirakçılarının “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarəti, kənd icması ilə görüş keçirməsi, 150 ailəyə ərzaq yardımının paylanması, uşaqlar üçün Yeni il şənliyinin təşkili nəzərdə tutulub.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün sizi əməkdaşlığa dəvət edirik.

 

Ünvan:  Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, klub-icma mərkəzi