“Ailələrin qurulması və qorunması, ailə dəyərləri” adlı maarifləndirici dəyirmi masa

24 yanvar 2019

Paylaş:

24  yanvar 2019 cu il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Ailələrin qurulması və qorunması, ailə dəyərləri” adlı maarifləndirici dəyirmi masa keçirildi. Tədbirdə Mərkəzi Kitabxananın, Gənclər Mərkəzinin kollektivi iştirak etmişdirlər. Tədbirdə çıxış edənlər ailənin düzgün təməl üzərində qurulmasının vacibliyi, onun sağlam və uzun ömürlü  olmasının sirri barədə məlumat vermişdir. Tədbirdə həmçinin, qeyd edilmişdir ki, xöşbəxt  ailənin şərtlərindən biri də kişi və qadının həyata baxışlarının eyni olması, mədəni səviyyələrinin bir-birini tamamlaması ilə yanaşı, tərəflər arasında məsuliyyət və hörmətin olması da vacibdir. Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilmiş, mövcud ailə problemlərinin həlli yolları müzakirə edilmişdir.