"Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə uşaqlar üçün tədbir keçirildi

14 fevral 2019

Paylaş:

“15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə  14 fevral  2019-cu  il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,“Birlik” xeyriyyə təşkilatı , Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara mənəvi dəstəyin göstərilməsi məqsədilə  tədbir keçirmişdir.
Tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr paylanılmış, əyləncə şirkətinin əməkdaşları  tərəfindən “Sabun köpükləri” tamaşasının nümayişi təşkil olunmuşdur.