Uşaqlar üçün “Həyati bacarıqlara yiyələn!” mövzusunda təlim keçirilib

28 fevral 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, uşaqlarda ilkin həyati bacarıqların formalaşdırılması, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsi və liderlik keyfiyyətlərinin artırılmasında mühüm əhəmiyyətə malikdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq uşaqların həyati bacarıqlarının inkişaf etdirilməsi məqsədilə uşaqlar üçün 28 fevral 2019-cu il tarixində Bakı şəhəri Nizami rayonunda “Həyati bacarıqlara yiyələn!” mövzusunda təlim keçirilib.

Təlimdə uşaqlara müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqların əldə edilməsi və onlardan səmərəli istifadə yolları və digər həyati bacarıqlarının inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verilib, mövzu ilə bağlı uşaqlarla qrup işləri aparılıb.

Təlim tədris prosesinə maneəçilik yaratmamaqla keçirilib.