”ASAN məktub” layihəsi uğurla davam edir

19 mart 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir. Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin köməkliyi ilə Sabirabad rayonunda yaşayan, aztəminatlı ailələrdən olan 53 uşağın məktubda yazdığı hədiyyələr aidiyyatı üzrə öz sahiblərinə təqdim edilib.