31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə anım günü tədbirləri keçirilib

29 mart 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan, Qəbələ, Saatlı, Sabirabad və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri “31 Mart Azərbaycanlıların Soyqırım Günü” ilə əlaqədar 28-29 mart tarixlərində rayonun müxtəlif tehsil və mədəniyyət mərkəzlərində tedbirlər  həyata keçiriblər.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Mərkəzdə, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun Tarix Diyarşünaslıq Muzeyində, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qəbələ şəhər 1 saylı tam orta məktəbdə, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi V. Əsgərov adına 4 saylı tam orta məktəbdə, Zerdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Zərdab Rayon Şahmat məktəbində keçirib.

Tədbirlərdə rayonun ziyali şəxsləri, o cümlədən müəllim, tələbə və şagird heyyəti iştirak edib. 31 Mart soyqırımla bağlı mülahizələr söylənib, video çarx teqdim olunub və eyni zamanda rayon məktəblərinin şagirdləri müxtəlif şeir parçalari ilə soyqırımın acı həqiqətlərini real şəkildə gələn qonaqlara çatdırıblar.