“Qadınların dialoqu. Sərhədsiz xeyriyyə” mövzusunda Forum keçirilib

20 noyabr 2016

Paylaş:

17-18 noyabr tarixlərində Ufa şəhərində “Qadınların dialoqu. Sərhədsiz xeyriyyə” mövzusunda Forum keçirilib. Forumda Rusiya Federasiyasının hökumət nümayəndələri, xeyriyyə təşkilatları və 22 ölkədən aidiyyatı qurumların nümayəndələri iştirak edib. Forum çərçivəsində baş tutan plenar İclasda Başqırdıstan Respublikasının prezidenti Rüstəm Zəkiyev, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova, Rusiya Federasiyasının Monqolustan Respublikasındakı səfiri xanım Banzragchiyn Delgermaa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər ölkələrdən olan rəsmi qonaqlar çıxışla iştirak ediblər. 

Dövlət Komitəsinin Sədr müavini Sədaqət Qəhrəmanova öz çıxışında Azərbaycanın müvafiq sahədə həyata keçirdiyi uğurlu siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın Azərbaycanda və eyni zamanda ölkə hüdudlarından kənardakı uğurlu fəaliyyəti haqqında danışıb.

Forum çərçivəsində bir sıra uşaq müəssisələrinə səfərlər təşkil olunub.