İsmayıllı UADM Aprel döyüşlərinin ildönümü münasibətilə tədbir keçirib

4 aprel 2019

Paylaş:

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı Mərkəzi Kitabxanası ilə birlikdə 3 aprel 2019-cu il tarixində “Gəncə” Uşaq Kitabxanasında, aprelin 4-də İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə Uşaq Yaradıcılığı Mərkəzinin iclas zalında keçirtidiyi tədbirləri giriş sözü ilə Mərkəzin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lətifə Əliyeva açaraq dedi” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev tariximizə “Aprel döyüşləri” kimi parlaq hərflərlə yazılmış döyüşləri “bizim tarixi şanlı qələbəmiz” kimi dəyərləndirmişdir. Aprel döyüşləri faktiki olaraq zəfər salnaməmizdir. Bu döyüş iki ölkə arasında  1994-cü ildən bəri davam edən atəşkəs dövründə yaşanan ən şiddətli döyüş olaraq tarıxə yazıldı. Və  bu döyüş  Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə başa çatdı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, bir  sıra kəndlərimizə gedən yollar düşməndən azad edildi. Ümumilikdə, 2000 hekrar ərazimiz düşməndən təmizləndi.

Qarabağda Böyük Qələbəyə çatmağımıza yol açan, Qarabağa, itirilmiş torpaqlarımıza qayıdış ümidini gerçəkləşdirən və gücləndirən aprel döyüşləridir. Aprel döyüşləri daha böyük qələbələrimizin başlanğıcıdır. Ancaq nə yazıq ki, müharibə heç vaxt  qansız, itkisiz olmur. Aprel döyüşlərində də azad edilən torpaqlarımız şəhid qanına boyandı, Lələtəpədə yüksələn üçrəngli bayarğımıza şəhid qanı çiləndi. Sərhəd rayonu olmasa da az qala sərhəd rayonları qədər şəhid verən rayonumuz da o günlərdə daha bir şəhid övladını  qoynuna aldı. Rayonun ən səfalı, qədim kəndlərindən olan bəylər oylağı Maçaxıda doğulub boya başa çatan, Sumqayıt Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən, ən böyük arzusu düşməndən Xocalının qisasını almaq olan və arzusu yolunda düşmənlə igidliklə döyüşüb intiqamını alan Mikayıl Yaqub oğlu Vahabzadə Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəldi”.

Sonra müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, Aprel döyüşçüsü, Millət Vəkili Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Aprel döyüşlərini Qarbağ hadisələrində dönüş nöqtəsi kimi dəyərləndiriblər.