Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Şəhidlər unudulmur” adlı tədbir keçirib

4 aprel 2019

Paylaş:

Saatlı Uşaq və Ailərə Dəstək Mərkəzi V.Əsgərov adına 4 saylı tam orta məktəbin kollektivi ilə  4 aprel 2019-cu il tarixində 2016-cı il aprel döyüşlərinin ildönümü ilə əlaqədar Mollavaizli kəndində şəhid, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Novruzov Fariz Əlabbas oğlunun dəfn edildiyi məzarlığı ziyarət edib. Uşaqlar şəhidin məzarı üstünə güllər qoyub, sonra isə şəhidin ailəsinin yaşadığı evi ziyarət ediblər.

Ziyarətçilər vətən uğrunda şəhid olanların heç vaxt unudulmadığını, xalqın yaddaşında əbədi yaşadığını və  xatirələri hər zaman əziz tutulduğunu qeyd edərək,   vətənə layiq övlad böyütdüklərinə görə şəhidin valideynlərinə öz minnətdarlıqlarını bildiriblər. Oğlu ilə qürur duyduğunu bildirən şəhid atası Əlabbas Novruzov ziyarət üçün qonaqlara təşəkkür edib.

Qeyd edək ki, şəhid Novruzov Fariz Əlabbas oğlu Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Nazirliyinin əmri ilə 2017-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Evli idi, 5 yaşında bir oğlu var.