Erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirildi

5 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə 5 aprel 2019-cu il tarixində Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 nömrəli məktəbdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəb direktoru, şagird, müəllim və valideyn kollektivi, hüquq mühafizə və səhiyyə işçiləri, QHT-lər və.s iştirak edib.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Hacı Zeynalabdin qəsəbəsinin  axundu Rauf Sərdarov, Sumqayıt Şəhəri Hacı Zeynalabdin qəsəbəsinin İcra nümayəndəsi Lalə Hacıyeva  və  Valideyn Komitəsinin sədri Hüseyn Mikayılov çıxış edib.

Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları,  aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik  Komitə və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.

Tədbirdə erkən nikahlara həsr olunmuş  video-çarx nümayiş etdirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.